DergiZan

Yazı ve Sanat Ülkesi

Adını Qoysunlar “Dəli” Bu Eşqin / Aypara Mehman

Nə qədər ürəkdən sevsək də, canım
Kədər, iztirabdır yolu bu eşqin.
Səadət günəşi doğsun deyərkən
Üstünə yağır qar, dolu bu eşqin

Həsrətin görünmür ucu-bucağı
Xoşbəxtlik hardadı aça qucağı?
Düzdür sönməsə də odu, ocağı
Qırılır qanadı,qolu bu eşqin.

Yandırıb ürəyi yaxsaq da közə,
Qovuşmaq ilğım tək görünür gözə.
Düşüb səhralara yüz il də gəzə
Çatmaz ki, vüsala əli bu eşqin.

Ola bilməsəm də heç vaxt yanında
Axım damarında, axım qanında
Gəl elə sevək ki,canım, sonunda
Adını qoysunlar “dəli” bu eşqin.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları