DergiZan

Yazı ve Sanat Ülkesi

Mədinə / Nargis İsmayilova

Gence’de Ermeni roket saldırısında hayatini kaybeden bebeğe..

Alüdə olub zülmət tanrıçasının zümzüməsinə
17 oktyabr 2020-də
göyüzünəmi zilləndi körpə baxışların?
Buludlarda əyləşən mələklərin laylasını dinlə,
Mədinə, getmə…
Ölüm bumbuz öpüşlərini səpdikcə dodaqlarına…
Tirəyib soldu körpə əllərinin hərarəti …
Qanadlandı göz bəbəklərindən neçə-neçə qaranquşlar
Gecənin Amozonvarı göz yaşlarını hiss edirsənmi?
Mədinə su istəyirsənmi?
O gecə qan rəngində idi bütün ulduzlar,
ay da dəyişmişdi libasını…
Planet-planet uzaq olmalıydı ölüm sənə
Mələklər mi toxudu bəmbəyaz kəfənini?
O gecə için-için ağladı bütün qalaktika…
Mədinə, lütfən oyan. yatma…
Ürəyinin getdikcə zəifləyən tik-takları
Dəyişəbilər mi dövranın axsaq nizamını?
Sıxmısan körpə əllərini dünyanın ədalətinə
İcazə ver öpüm ovuc içlərini…
Mədinə, aç əllərini…
O gecə güllə yağarkən Nizaminin yurduna…
Sən sonuncu sülh göyərçini idin Mədinə..
Qanadlanıb sığındın pəmbə buludlara…
Bir il dörd aylıq ömründə
Qucaqladın ölümü sakitcə,
Daşıyaraq milyonların məsumiyyətini
Addımladın əbədiyyətə…
Bütün dillərdə əzbər kimi qaldın
Üzündəki qorxulu yuxunu necə dartıb alım?
Necə bəxş edim dodaqlarına gülüşləri?
Mədinə!.. Mədinə!.. Mədinə!
Eşidirsən mi?

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 9 eseri bulunmaktadır.