DergiZan

Yazı ve Sanat Ülkesi

Kuyu / Ceylan Mumoğlu

– Ceylan Mumoğlu’nun Ödüllü Öyküsü-


“Rahat yatın, ey nahaq qurbanlar, rəhmətlər sizə” – bu manşeti Tiflisdə “Qardaş qayğısı” (12 noyabr, 1918-ci il) adı ilə yalnız bir nüsxəsi işıq üzü görən qəzetdə oxuyurdum.

O dəhşətli faciəli günlərdən cəmi altı-yeddi ay keçməsinə baxmayaraq, sanki mənə dünən baş vermiş kimi gəlirdi. Bir tərəfdən məqaləni oxuyur, digər tərəfdən məndən yazı istəmiş müxbir dostum üçün acı xatirələr barədə düşünürdüm. Bunun haqqında düşünmədiyim gün, saat vardımı, bilmirəm. Yenidən içimə sıxıntı çökdü, oturacağa yastılanıb həmin acı xatirələrə qayıtdım. O quyu, ilahi, o quyu yaddaşımdan silinməyəcək…

Biz doqquz nəfər – beş nəfərimiz şəhərli, dörd nəfərimiz kəndli – arabayla gedirdik ki, yolda erməni qırmızı qvardiyaçılar bizi həbs edib Zabrata apardılar.

Sonra bir su quyusuna bənzər neft quyusunun yanında dayandılar. Beş şəhərlini gülləbaran edib quyuya tulladılar, digərlərininsə başına nə gəldi, bilmədim, ancaq güllə səsləri hələ də eşidilirdi. Yaralanmışdım, üstümə atılan dörd ölüylə birlikdə quyunun dibindəydim. Bu halda ağlıma ilk gələn “meyitlər soyuyunca (hələ kimin ölü, kimin diri olduğunu anlamasam da) çəkiləri daha da ağırlaşacaq” düşüncəsi oldu. Havalanmış adamlar kimi cəld hərəkət edib bədənimi meyitlərin yükündən qurtarmağa çalışdım. Gücəndikcə böyrümdəki istilikdən hiss etdim ki, yaradan daha çox qan axmağa başladı, bədənimin yuxarı hissəsini xilas etsəm də, ayaqlarım meyitlərin altında qaldı. Cibimdən burun dəsmalımı çıxarıb yaramın üstünə basdım. İsti maye vücudumdan axdıqca məni xoş, sakit rahatlıq bürüyürdü. Dəsmalı yarama daha da möhkəm basdım. Başıma gələn faciənin şokundan huşumu, deyəsən, itirmişdim.

Ayılanda nəfəsimin çatmadığını və ayaqlarımın üzərindəki meyitlərin ağırlığının acısını hiss etdim. “İlahi, bu nə dəhşətdir, yer üzündə cəhənnəm cəzası deyilən şey varsa, yəqin bu olmalıdır” – deyərək ümidsizliyə qapıldım. Son gücümü toplayıb hərəkət etməyə çalışdım, hərəkət nədir, üstümdəki dörd ölünün ağırlığını kilolarla üzərimə tökülmüş dəmir parçalarının ağırlığı kimi hiss edirdim. Heç cürə tərpənə bilmirdim. Bir an istədim yuxarıya doğru səslənim, imdad diləyim, bağırım, ancaq orda kimin olacağından əmin olmadığımdan vaz keçdim. Hələ ki, bizimkilərin səsini eşitmirdim. Üstümə yenidən ölü atarlarsa, necə olacaqdı? Bu fikrin yaratdığı dəhşət hissi boğazımda düyümə çevrildi.

Yaram incidirdi, sağ qala bilməyim üçün çox ehtiyatla hərəkət etməliydim, yaxud da elə bu halda ölüb getməliydim. Ayaqlarımı yavaş-yavaş tərpətməyə çalışdım, ölənlərin qanları axıb ayaqlarımı islatmışdı.

Həmin günlərdə şəhərdə baş verən dəhşətli hadisələrdən xilas ola bilmədik. Axı niyə çıxmışdıq küçəyə? Kaş Səlim və Balabəy Mərdanovları yola gətirə bilsəydim. Yoxsa indi burda üstümdə ölü yatmazdılar. Ailələri necə oldu, İlahi? Yəqin həyəcanla axtarırlar. Bəs mənim ailəm? Ah… Lənətə gəlmiş ermənilər! Alçaq vəhşilər!

Yox, yox, bizdən adam olmayacaq! 1905-ci il hadisələri belə bizi ayıltmadı. Elə bil, bizi hansısa izaholunmaz qüvvə qəsdən keyləşdirib, hələ də yatırıq! Bu gedişlə illər uzunu yatmağa davam edəcəyik! Ölənlərə rəhmət, qalanlara ibrət deyirik, amma ibrət olmur, qardaş, olmur! Sanki hadisələrin “əbədi qayıdışı”na şüursuz məhkum olunmuşuq.

Qulağımıza çatmışdı ki, ermənilər bolşevizm bayrağı altında müsəlman firqəsini qırıb-talayıblar. Buna səhlənkarlıqla yanaşmışdıq, hətta ermənilərin evbəev gəzib ziyalı müsəlmanları yığaraq naməlum yerə aparmalarına da inanmamışdıq. Bu ağırlıqda vəhşilik gözləmirdik. Nahaq yerə! Gözləməliydik!

Acılı düşüncələrdən qəhərləndim, gözlərim yaşardı. Özümə gələndə quyuya düşən işığın azaldığını hiss etdim. Deyəsən, qaranlıq öz pərdəsini yer üzünə çəkməkdəydi. Günəşin hər kəsə səxavətlə payladığı və mənim payıma düşən cüzi şəfəqi son nəfəsini yaşayırdı. Tərslikdən bu dəfə evdən çıxdığımda kibritimi də götürməmişdim, üstəlik, siqaretim üstümdə deyildi. Elə əsəbiləşdim ki, özümə! Qəfildən ağlıma gəldi ki, ölü yoldaşlarımın (necə dilim gəlirdi belə düşünməyə!) ciblərinə baxım. Güclə tərpənib oturan yerdə dikəlməyə çalışdım. Balabəyin cibindən kibrit tapdım, xəzinə tapmış bəxtəvərlər kimi gözlərim işıqlandı, özümə zülm edib digər cibə də siqaret tapmaq sevinciylə əlimi soxmağa çalışdım, ancaq səyim əbəsdi, ayaqlarımın meyitlərin altından qurtulması lazımdı. Hər dəfə meyitləri tərpətdikdə qan qoxusu quyuya yayılırdı. Məni qusmaq tutdu, ögüməyə başladım və qusdum. Bundan sonra da öz qaytardığımın qoxusuna ürəyim bulandı. İyrəndim.

Hansısa əsərdən oxumuşdum, “turşumuş və qaxsımış iylər birinci dəfədən adama xoş gəlmir, amma iki dəqiqədən sonra öyrəşirsən, çünki iy sənə də hopur, özündən də iy gəlir, öyrəşirsən. Amma quşlar bu havaya öyrəşə bilmir, ölürlər”. Yəqin quş kimi burda tora düşmüş vəziyyətdə olsaydım, indiyə ölmüşdüm. Hə, axı Adəm övladı hər şeyə öyrəşir!

Allah’ım, bu necə cəzadır, çəkirəm! Heç Hz. Yusif quyuya düşəndə bu əzabı çəkməyib. “Əstəğfirullah” – dedim, başım xarab olub, yenidən ayaqlarımı qurtarmağa çalışdım. Ağlıma Hz. Yusif gəlmişkən, dörd ay əvvəl rəhmətə getmiş nənəmi xatırladım. Ölmədən öncə ailəni halallaşmaq üçün çağırmışdı. Mənlə söhbətindən sonra əlimə qara ipli, al-qırmızı məxmər örtüklü, kiçik “Quran” kitabı vermişdi, mən də xoşuna gəlsin deyə elə yanındaca boynuma taxıb nənəmin alnından öpmüşdüm. Əlimi sinəmə doğru apardım, köynəyimin düyməsini açıb, boynumdan asılan həmin kiçik medalyonu çölə çıxardım, burnuma yaxınlaşdırıb gül ətrini ciyərlərimə çəkdim. Bu, məni bir qədər sakitləşdirdi, qoxulamağa davam etdim. Sonra medalyonu qoxusunun itməsi qorxusuyla yenidən köynəyimin içinə saldım. Öz hərəkətimə rişxəndlə güldüm, elə bil, əbədi burda sağ qalacaqdım.

Bərk susamışdım, mədəmdəkiləri qaytardıqdan sonra isə boğazım qurumuşdu. Vaxtın keçməsiylə də susuzluğumun artacağını yaxşı bilirdim. Artıq əlacım Allaha dua etmək, yalvarmağa qalmışdı. Gecə burda bağırsam, kimsə eşitməyəcəkdi. Bu vəziyyətdə yuxuladım. Səhərin açıldığını quyuya güclə gəlib çatan günəş şəfəqlərindən anladım. Şiddətli baş ağrım vardı. Ayaqlarım da sanki yoxdu, qopmuşdu. Bu halımla özümə o qədər acıdım ki, elə həmin anda ölməyi arzuladım.

Lakin bir qədər sonra erməni qaniçənlərin törətdikləri vəhşilikləri xatırladım, qəzəbdən gözlərimdə şimşəklər çaxdı. Bu qəzəb o qədər şiddətliydi ki, daxilimdən gələn anlaşılmaz bir qüvvəylə sağ ayağımı dartıb meyitlərin altından çəkdim, bu dəfə ayağımı çıxarmağa nail ola bildim – ancaq sadəcə sağ ayağımı. Bir neçə dəqiqə dizdən bükülmüş sağ ayağımdakı damarlarda qanın hərəkətiylə müvəqqəti sevinc yaşadım. Əlimlə böyrümdəki yaranı yoxladım, xoşbəxtlikdən daha qan axmırdı. Yorğunluqdan gözlərim yumuldu. Bu vəziyyətdə nə qədər qalmışam, bilmədim.

Başımı qaldıranda yuxarıdan bir qaraltının iplə yavaşca aşağı sallandığını gördüm. Ürəyimə damdı ki, bizimkilərdir, var-qüvvəmi toplayıb, “Kömək edin!” – deyə bağırdım. Qaraltı bir neçə saniyə dayandı, sonra yuxarıya doğru çəkildi. Yəqin qoxunun təsirindən aşağı enməyi mənasız hesab etdilər. Məni burda qoyub gedəcəkləri fikri elə sarsıtdı, elə qorxutdu ki, son gücümü toplayıb, bütün varlığımla bağırdım: “Kömək edin! Burda sağ qalan var!”

Bir neçə dəqiqədən sonra qaraltının yenidən aşağı endiyini gördüm. Sonrasını xatırlamıram, deyəsən, qüvvətli bağırmadan huşumu itirmişdim. Daha sonra xəstəxana və uzunmüddətli müalicələr başladı. Lakin sağalmağımın ən böyük səbəblərindən biri Cümhuriyyətimizin qurulması oldu. Çəliklərimə söykənərək xəstəxananın pəncərəsindən Bakıya baxdıqca ürəyim açılırdı.

Artıq azad idik…


(“Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsində yüksək xalla qiymətləndirilmiş Ceylan Mumoğlunun “Quyu ” hekayəsi.)

TÜRKİYE TÜRKÇESİ İLE..

Rahat uyuyun, ey talihsiz kurbanlar, dualarımız sizinle olsun.

Tiflis’te “Kardeş katliamı! “

12 Kasım 1918 tarihli gazete başlığını okuyordum. O dehşet dolu günlerden sonra altı yedi ay geçmesine rağmen, olaylar dün olmuş gibi geliyordu bana. Bir taraftan makaleyi okuyor, diğer taraftan benden yazı istemiş muhabir arkadaşımın acı verici anıları hakkında düşünüyordum. Olay hakkında düşünmediğim tek bir gün, saat, dakika var mıydı bilmiyorum. Yine gönlüme bir hüzün çöktü; sandalyeye yaslanıp o acı anılara döndüm.

O kuyu, Tanrım, o kuyu hafızamdan gitmeyecek…

Bizler dokuz kişiydik. Beşimiz şehirli, dördümüz köylü idik. Arabayla gidiyorduk, yolda Ermeni kızıl askerler bizi tutuklayıp Karakola götürdüler.

Sonra bir su kuyusuna benzeyen petrol kuyusu önünde durdular. Biz beş şehirliyi kurşunlayıp kuyuya attılar. Köylülerin başına ne geldi bilmiyorduk, ama kurşun sesleri hâlâ duyuluyordu.

Yaralanmıştım, üzerimdeki dört cesetle birlikte kuyunun dibindeydim. Cesetler soğuyunca üzerimde ağırlaştı, kimin sağ kimin ölü olduğunu anlayamıyordum. Delirmiş gibi hızlı hareket ederek vücudumu cesetlerin yükünden kurtarmaya çalıştım. Ben zorla kıpırdamaya çalıştıkça yan tarafımdaki sıcaklıktan anladım ki, yaramdan daha çok kan akıyordu, vücudumun yukarı kısmını kurtarmayı başarsam da, ayaklarım cesetlerin altında kaldı. Cebimden mendilimi çıkarıp yaramın üzerine bastım. Sıcak sıvı vücudumdan aktıkça, beni hoş, sakin bir rahatlık hissi sardı. Mendili yarama daha sıkı bastım. Başıma gelen olayın şokundan galiba bayılıp kalmıştım.

Uyandığımda nefesimin yetmediğini ve ayaklarımın üzerindeki cesetlerin ağırlığıyla ayağımın acıdığını hissettim. “Ya Rabbim, bu ne dehşet verici durumdur, yeryüzünde cehennem azabı denilen şey varsa, bu olmalı”, diyerek umutsuzluğa kapıldım. Son gücümü toplayıp hareket etmeye çalıştım, hareket de ne, üstümdeki dört cesedi üzerime dökülmüş kilolarca demir parçalarının ağırlığı gibi hissediyordum. Hiç kıpırdayamadım.

Bir an yukarıya doğru seslenmek, bağırmak, yardım dilemek istedim, ama orada kimin olacağını kesin bilmediğim için vazgeçtim. Hâlâ bizimkilerin sesini duyamıyordum. Ya üzerime yine ceset atarlarsa? Bu düşüncenin yarattığı huzursuzluk boğazımda düğüm oldu.

Yaram acıyordu, sağ kalabilmem için çok dikkatli davranmalıydım, ya da bu halde geberip gitmeliydim. Ayaklarımı usulca kıpırdatmaya çalıştım. Ölenlerin kanı pantolonumu ıslatmıştı.

O günlerde şehirde başlamış korkunç olaylardan biz de kurtulamadık. Neden çıkmıştık sokağa? Keşke Salim ve Balabey Merdanovları ikna edebilseydim. Aksi halde burada üzerimde ceset olmazdılar. Aileleri ne yapıyor şimdi? Ya Rabbim? Belki de telaşla arıyorlardır. Ah… Lanet olası Ermeniler! Aşağılık vahşiler!

Yok, yok, bizler adam olmayacağız! 1905 yılı olayları bile bizi uyandıramadı. Sanki anlaşılmaz bir kuvvet bizi uyuşturmuş ve hâlâ uyuyoruz! Bu gidişle yıllarca uzun uzun uyuyacağız galiba! Ölenlere rahmet, kalanlara ibret diliyoruz, ama ibret olmuyor. Sanki olayların “sonsuz geri dönüşüne” bilinçsizce mahküm olmuşuz.

Ermeniler’in Bolşevik bayrağı altında Müslümanları katlettiğini duymuştuk aslında. Bunu umursamamıştık, hatta Ermenilerin ev ev gezerek, aydınları toplayıp gizli yerlere götürdüklerine de inanmamıştık. Bu büyüklükte vahşet beklemiyorduk. Çok yanlış! Beklememiz gerekirdi!

Sıkıntılı düşüncelerle üzüldüm, gözlerim doldu. Kendime geldiğimde kuyuya gelen ışığın azaldığını gördüm. Galiba karanlığın kendi örtüsünü yeryüzüne çektiği saatlerdi. Güneşin herkese cömertçe dağıttığı ve bana ayrılmış küçük şafağın son nefesini yaşıyordum. Aksi gibi bu kez evden çıktığımda kibrit de almamıştım, üstelik sigaram da yoktu. Öyle kızdım ki, kendime. Aniden aklıma ölü arkadaşlarımın ceplerine bakmak fikri geldi. Zor da olsa kıpırdayıp oturduğum yerde doğrulmaya başladım. Balabeyin cebinden kibrit buldum, hazine bulmuş mutlu insanlar gibi gözlerim ışıdı. Kendimi zorlayıp diğer cebe de ulaşmaya çalıştım, ama boşuna. Ayaklarımı cesetlerin yükünden kurtarmak kolay değildi. Cesetleri kıpırdattığımda kan kokusu kuyuya dağılıyordu. Bu, kusmama sebep oldu ve kustum. Sonra da kendi kusmuğumdan midem bulandı. İğrendim.

Bilmem hangi romanda okumuştum, “kötü kokular ilk seferde insana hoş gelmiyor, ama iki dakika sonra alışıyorsun, çünkü koku sana da siner ve sen de aynı koktuğun için alışırsın. Ama yalnızca kuşlar bu havaya alışamadıkları için ölüyorlar”. Belki de kuş olup burada bir ağa takılsaydım, şimdiye kadar ölmüştüm. Evet, insanoğlu herşeye alışıyor!

Ya Rabbim, bu nasıl bir cezadır bana. Hz. Yusuf kuyuya atıldığında bu azabı çekmedi. Şu söylediğime bak, deliriyorum herhalde; yine ayaklarımı kurtarmaya çalıştım. Hz. Yusuf aklıma gelmişken, dört ay önce vefat etmiş büyükannemi hatırladım. Ölmeden önce herkesle vedalaşmak istemişti. Benimle konuştuktan sonra elime siyah ipli, kırmızı kadife kılıflı, küçük Kuran kitabı tutturmuştu. Ben de hoşuna gitsin diye boynuma takıp büyükannemin alnından öpmüştüm. Elimi göğsüme götürdüm, gömleğimin düğmesini açıp, boynumda asılı o küçük madalyonu çıkardım, burnuma yaklaştırıp gül kokusunu ciğerlerime çektim. Bu beni biraz sakinleştirdi, koklamaya devam ettim. Sonra kokusu gider diye yine gömleğimin içine koydum. Sonra da kendi hareketimle dalga geçtim, sanki sonsuza dek burada kalacaktım.

Çok kötü susamıştım, midemdekileri çıkardıktan sonra boğazım kurumuştu. Zamanın geçmesiyle susuzluğumun artacağını iyi biliyordum. Artık son çare Allaha dua etmekte, yalvarmaktaydı. Geceydi, bağırsam kimseler duymayacaktı. Bu halde kestirmişim. Sabah olmasını kuyuya zorla gelip yetişen güneş şafaklarından anladım. Şiddetli baş ağrısı duyuyordum. Ayaklarım da sanki yoktu, kopmuştular. Bu halime o kadar acıdım ki, hemen o anda ölmek istedim.

Ama biraz sonra Ermeni canilerinin yaptıkları vahşetleri hatırladım, öfkeden gözlerimde şimşekler çaktı. Bu öfke o kadar şiddetliydi ki, içimden gelen anlaşılmaz bir güçle sağ ayağımı çekip cesetlerin altından çıkarmayı başardım. Ama sadece sağ ayağımı. Bir kaç dakika sonra dizden bükülmüş sağ ayağımdaki kanın hareket etmesiyle geçici sevinç yaşadım. Yan tarafımdaki yaramı kontrol ettim, Allah’tan daha kanamıyordu. Yorgunluktan gözlerim kapandı. Bu halde ne kadar kaldım, bilemedim.

Başımı kaldırdığımda yukarıdan kara bir gölgenin aşağı sallandığını gördüm. Kendi adamlarımızın olduğu geldi aklıma, var kuvvetimi toplayıp seslendim:

“Yardım edin!”

Gölge bir kaç saniye durdu, sonra yukarıya doğru kalkmaya başladı. Galiba kokunun etkisinden aşağıya inmeyi anlamsız buldular. Beni burada bırakıp gidecekleri düşüncesi o kadar sarstı ki, son gücümü toplayıp tüm varlığımla yeniden bağırdım:

“Yardım edin! Kurtarın beni!”

Bir kaç dakika sonra gölgenin yeniden aşağı sallandığını gördüm. Sonraki olayları hatırlamıyorum, galiba kuvvetli bağırmadan bilincimi kaybetmiştim. Daha sonra hastane ve uzun süreli tedaviler başladı. Ama iyileşmemin en büyük sebeplerinden biri Cumhuriyetimizin kurulması oldu. Bastonlarıma yaslanarak hastanenin penceresinden Bakü’ye baktıkça yüreğim kıpır kıpır oluyordu.

Artık özgürdük…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 5 eseri bulunmaktadır.