Qadın / Leyla Metin
Nədir yanağından axan ey qadın
Sel yuyur üzünü xəbərin yox mu?
Pəncərə önündən baxan ey qadın
Göz yaşını silən əllərin yox mu.
Ağzını aç danış söylə dərdini
Axı kim bilməyib sənin qədrini
Artırıb olmayan dərdi sərini
Dərd deyən danışan dillərin yox mu?
Nazı çəkilməli qadınsan sən də
Gərək ki, gül açsın gözəl çöhrəndə
Qış ötüb ömrünə bahar gələndə
Ətrini alacaq güllərin yox mu?
Ömür yollarını basıb ot,alaq
Çöhrən də solubdur solantək yarpaq
Saçına qar yağıb sanki ağappaq
Başında qapqara tellərin yoxdu.
Ölüm istəyirsən həyatdan bezib
Ümidin yox kimi əlini üzüb
Keçmişi ötmüşü əzabı əzib
Büküb bastıracaq bir yerin yox mu?
Ey qadın, kədəri qoyma gözünə
Gəl bir aynada bax solmuş üzünə
Ömrünü çürütmə nadan izinə
Özünün özünə dəyərin yox mu?
Bu Yazarın Diğer Yazıları (Toplam: 20 adet)
Unutdun / Leyla Metin
28 Mart 2025
Rüzgar / Leyla Mətin Sefereliyeva
26 Kasım 2023
Zaman / Leyla Metin
26 Nisan 2023
Xocali Qatliamı (Şiirler) / Leyla Metin
26 Şubat 2023
Dilək / Leyla Mətin
30 Mayıs 2022
Ümid / Leyla Metin
16 Nisan 2022
Xocalı Soyqırımı / Leyla Mətin
23 Şubat 2022
Gənc Vətənpərvər Yazar – Leyla Mətin Haqqında
3 Şubat 2022
Sevgi Kitabım / Leyla Metin
18 Temmuz 2021
Olmasın / Leyla Metin
20 Şubat 2021
Sevməz Olaydım / Leyla Mətin
9 Ocak 2021
Sevgi Adlı Gerçək / Leyla Metin
7 Eylül 2020
Əsgər / Leyla Mətin
26 Temmuz 2020
Əzizim / Leyla Mətin
10 Temmuz 2020
Ayrıldı Yollarımız / Leyla Metin
13 Haziran 2020
Sevgi Gözlüm / Leyla Metin
9 Mayıs 2020
Xəbərin Yox / Leyla Metin
10 Aralık 2019
Dənizin Səsi / Leyla Mətin
22 Eylül 2019
Ömrün Payızı / Leyla Mətin
13 Eylül 2019
Ömründən Bir Günü Mənimçün Ayır / Leyla Metin
22 Mayıs 2019