Rəngsiz Qadın / Nargis İsmayılova
Bezdirici gecələrdə sənin barəndə düşünürdüm. Har
da səhv etmişdim?
Mən hamıya görə səhv olanı doğru olaraq qəbul etməklə
kreativlik etdiyimi düşünərkən saçmalamışdım. Ha mının səhvini mənim sevgim belə
doğruya çevirə bilməzdi.
Artıq fərqində idim əvəzolunmaz xətam, səni sevən
ürəyim məntiqimlə baş verən müharibədən sağ-salamat çıxmayacaqdı. Ürəyimdə
mövcud yara izlərini tək-tək bezmədən, usanmadan ülgüclə dərinləşdirdin.
Bundan, görünür, zövq alırdın. Mənim üçün sənin ağla sığmaz əyləncələrin belə
müqəddəs idi. Xəstəlikli bir eşq idi bu. Və bundan qurtulmaq
üçün müraciət olunan çıxış yollarının sonu çıxmaz
sokak, sonu uçurum… Əslində
etriraf edim ki, mən bu xəstəlikdən qurtulmaq istəmirdim. Yəni bu xəstəlikli
eşq mənim həyat eşqimi yemləyirdi. Axı, “hər səhv bakirədir, təkrarı
zövq adlanar, xəta yox!”
Sən də dönə-dönə təkrarlanırdın. Mən ağıllanmırdım.
Hər dəfə sənin uçurumlarından düşərkən aşağı, dizlərimi keçdim, ürəyim
qanayırdı. Ancaq mən məntiqimi dinləmirdim heç vaxt. Özümə verdiyim sözləri sənin
baxışlarınla qarşılaşanadək möhkəm tuturdum. Dönə-dönə unudurdum vədlərimi. Sən
həmişə 1- 0 öndə idin. Sənin yanında həmişə susurdu haqlılığım. Mən məntiqimi
ən ədalətsiz şəkildə cəzalandırırdım. Adını “Eşq” qoymuşdum.
Amma bu fərqli idi. Sənə olan
duyğularımın adı, dadı, səsi, rəngi fərqli idi. Mən bunu heç vaxt tam şəkildə
sözlərə tökə bilmirdim, bilməyəcəkdim də. Mümkünsüzlüklərlə yaşayırdım.
Mən romantik deyildim qətiyyən. Sən xaric hər şeydə yola gətirilməsi
mümkün olmayan realist idim. Bircə mövzu sən olanda, aludəçilərdən fərqim
qalmırdı mənim. Sən mənim
zaafım, narkotikim idin. Məni öldürdüyünü bilə-bilə,
səni vururdum şah damarıma. Sən isə yavaş-yavaş öldürürdün məni.
Sən uzaq idin, sən yasaq idin, sən patologiya idin, bəli
tam olaraq patolagiya idin…
Sən mənasızlıqlarımda gizlətdiyim məna idin. Beynimdə adın hər an, hər saniyə dolaşırdı. Dilimdən sənin adın asıldıqca, özümdən iyrənirdim. Necə kəsib atardım ki, səni ömrümdən? Yaşanmışlıqlara nifrət edib yaşamaq çətindir, əvəzolunmazım…
Özümə nifrət etmək daha asan idi, bilirsən?
Mən çıxmazlarımda solğun-solğun yaşayırdım. Bu solğunluğum insanların rəngarəng iradlarına tuş gəlirdi.
Rəngsizləşirdim yavaş-yavaş..