DergiZan

Yazı ve Sanat Ülkesi

Günlərin Bir Günü / Bənövşə Mahmudqızı

Gündüzlər işə başlar,
Gündüzlər pul qazanar,
Normal yaşayar,
Normal insanlar.
İçki, siqaret, narkotik,
Yeni bir termin yaradıram;
Gecəkolik.
Gecələr vəfalıdır insanlardan.
Gecələrdən qorxur insanlar da.
Amma mən gecəni sevdim.
Gecələr həmdəmim, gecələr dostum.
Bir gecə dillənmədi,
“Niyə, nə olsun? “
İnsanlar bezmədi suallar verməkdən,
Bezmədilər, insanlıqdan getməkdən.
Pis vərdişim var mənim;
Mən bir gecəkolikəm.
Ümumən, sizə nə, mən kiməm?
Necəyəm, necə olacam?!
Günlərin bir günü…
Gecə olacam.
Gündüzlər qaçhaqaçda
Hamı normal insandır.
Ən çox gecələr bilir,
O ” normalar ” nə maldır!
Gecə qədər ali deyiləm,
Rahat olun, bilmirəm.
Qaranlıqları gecəyə sığdırdınız,
Sonra gecələrdən qorxdunuz.
Günlərin bir günü
Gecə olacam.
O zaman bilirəm, necəyəm,
Necə olacam…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 14 eseri bulunmaktadır.