DergiZan

Yazı ve Sanat Ülkesi

” Arzum Gerçəkləşərkən… ” / Bənövşə Mahmudqızı

(Bütün təcavüzə uğrayan uşaqların xatirəsinə)
Vaxt ötür…
Köçür…
Pis, yaxşı
hər şeylər,
Adları olan boş şeylər…
Yığıb, yığışdırıb boxçanı,
Əllərində pozanı…
Beyinimdən silib gedir,
Bu sənin arzundur,
Deyib gedir…
Hə arzum idi,
Uşaqkən
Təcavüzə uğrarkən…
Göz yaşları axanda içimə,
Deyə bilməyəndə heç kimə,
Az qala ana olacaqdım,
Kuklanı övlad bilən uşaqdım…
Əzablarıma susdum,
İçimə qusdum.
Yalvardım ki unudum!
İndi beynim quruyur…
Yuyulur, Yuyulur,
Tərtəmiz olur…
Ruh sağlam deyilsə,
Bədən bunu bilirsə…
Hər şey edər ölmək üçün
Köçmək üçün…
Mən ki sinə gərmişdim,
Öhdəsindən gəlmişdim.
Hətta sevə bilmişdim…
Kimsəni düşmən kimi
Önəmsəməmişdim…
İndi qorxuram…
Arzum gerçəkləşərkən,
İçimdə bir cümlə;
Hələ çox erkən!
Yığıb, yığışdırıb boxçanı,
Əllərində pozanı…
Beynimdən silib gedir,
Bu sənin arzundur
Deyib gedir,
Hər şey….
Bu yazıyı paylaş:

One thought on “” Arzum Gerçəkləşərkən… ” / Bənövşə Mahmudqızı

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 14 eseri bulunmaktadır.