DergiZan

Yazı ve Sanat Ülkesi

Canınız Sağolsun / Bənövşə Mahmudqızı

Uşaqlığım belə xoşbəxt keçmədi,
Bunun var yeniyetməliyi,
Bunun var yetməyənləri.
Yetmədim, yetə bilmədim.
Nə özümə, nə özgələrə,
Güclü göründüm,
Əzməsinlər deyə,
İçimi yeyə-yeyə
Yaşadım.
Yaşlandım…
25lik bir gəncəm,
Əcələ çatmaq istəyən,
Kimsəyə yetməyən,
Güclü görünən,
Həmin o zəifəm.
25lik bir gənc nə hiss edər?
Gəlin, ey gənclər,
Danışın, mən də bilim.
Gəncliyi sizdən eşidim.
Soruşanda gənclik nədir deyə,
Deməyə sözüm olsun,
Aktyorluq etməyə üzüm olsun…
Axmaq-axmaq ümidlər…
Axı məni neylərlər?
Fərqlidir dəyərlər.
Bir də var,
Mənə verilməyən dəyərlər…
Canınız sağ olsun…

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 14 eseri bulunmaktadır.