DergiZan

Yazı ve Sanat Ülkesi

Məğlub Olmaz / Ruhiyya Mirali

Vida edilməyən ömürlər bitmir, dedilər
İnamın son sözütək ruhuma səsləndilər.
Duamın sədasıyla getdiyim yol sonunda
Bir əlim boş, birində bükülmüşdü diləklər.

Üzümdə gözlərin yaddaş iziylə,
Bütün vidalara sarılıb gedən,
Ümidlərlə birgə geriyə dönmək…

Bəlkə də rəhm edilən,
Bəlkə bir yeni zaman
bəxşiş idi verilən
Kim idim, demədilər.

Məsum məhbustək qandallı kəlmələr
Məhşər soraqlı zindanda gözləyər.
Zülmə inad əymədiyim boynumda
Asılmışdı çəkiləcək iztirab.
Qurduğum məsum divarlı dünyamda
Bitmişdir kimsənin etdiyi xitab.

Yıxıldığın yer, qalxacağın yerdir, dedilər
Günahlı, günahsız ruhlar da, torpaq olmadan,
Məğlub küncündə, haqq önündə səcdə edərlər,
Bilirsən, söylədilər.

Bizdən öncə yazılmışmı,
Təsadüfmü yaşananlar?

Əğyar cəfalar, möhnət, cövr edər
Ülviyyət səfaya bəndlər nəzər
Usanmış, həmdəm soraqlı qüvvəm,
Ərşi-əlanı görmədən dinlər.

  • Dürr soraqlı ümmanda boğulmaq olmaz,
    Tərlan ucalıqda olub enmək yasaq,
    Hilala aşıq gecəyə məğlub olmaz.
Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 6 eseri bulunmaktadır.

Yazarın diğer yazıları