Yazarlar / Atlaz Rzayi

Günahkar başın günahını
Ayağıma yazarlar.
Yel əsər toz səpilər
Dağ-daşın günahını
Ayağıma yazarlar.
Biri dönüb əyri baxar,
Biri dönüb düz baxar.
Göz-qaşın günahını
Ayağıma yazarlar.
Yaxşının da,yamanın da
Heykəlini düz qoyan
O biçarə nəqqaşın
Günahını ayağıma yazarlar.
Amma günah yazan bilmədi
Ayağa deyil, Çiyinə yazılanlar
Adamı ayaqdan asdırır,
Cəhənnəmlik susdurur.