DergiZan

Yazı ve Sanat Ülkesi

Qoyma O Sevgini / Atlaz Ay

Yemək, içmək deyil məhəbbət, gülüm
Tox olanda gələ, acanda gedə.
Nə yazdı, nə yaydı, nə qışdı sevgi,
Ovcunda çiçəklər açanda gedə.

Susmaqdı, dinməkdi yerli-yerində,
Qorxma vulkan kimi püskürməyindən,
Hərdən uşaq kimi tut ətəyindən
Qoyma ömür kimi qaçanda gedə .

Qanad çalan eşqə kainat dardı,
Hər kəsə qurulan bir tələ vardı,
Nə çoxdur dillərin bal kimi dadı,
Qoyma o sevgini hər anda gedə.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.