DergiZan

Yazı ve Sanat Ülkesi

Təcrübə / Emin Hacılı

Təcrübə mənə görsətdi
Məndə təcrübəyə görsətdim
Cinsi hayatım belə başladı:
Ərəb saryı idi
Yelpikləri dəvəquşu qanatından
Yalnışları ehtişamlı
Keçi yünündən yastıqlara tökülən ah səsləri
Ey vah səsləri biri gəlincə
Təcrübə mənə görsətməkdə idi
Yetdi günahın altısını bitirib qoynuna girmişdim
Yetdi sənidin, yetmədin
Dönüb birdə qoynuna girdim
Səndən mini olsa min bir olsun dilərdim
Biz ayrı dünyanın şərəfsizləri idik
Mən təcrübənin şeyinə,labirentinə düşmüşdüm
Sən çıxacaq yer axtarırdın
O isə təcrübə görsətməkdə idi
Şölənə çağrıldınız:
Aydın qanından şarab
Şair ətindən kabab
Ve
Yalqızlıqdan düzəlmiş kiçik qırmızı şirniyatlar
Yetdi günahın sonu sən idin, umud
Masanın üstündə bıçaq rəqsi eləyirdin
Əlini kəsəcəkdin, dilimi
Ağzımda jilet oynadırdım
Alqışlar
Alqışlar adını oynadırdım
Tanrının tükünü dərbəşdirəcək aminlər yağırdı yan masadan
Mən sənə çatırdım az daha
Əlini uzatsan tutacaqdın
Bıçaq rəqsi eləyirdin
Əlini uzatdın və kəsdin
Kat
Kat
Çıxıb bir çay içsək, mənə qonq
Bir yalnışı düzəltsək
Bir yalnışa düzəlsək
Bir yalnışı düzəltmək
Bir yalnışı çarparaq başqa yalnışa
Səni düzəltmək gözlərindən başlayaraq

Sevilməkdən çox iz qoymağı sevdiyin üçün
Səni düzəltmək gözlərindən sonra
Bir tabonun tabutuna vurulan mıx kimi bərk
Bunları mənə təcrübə görsətdi
Məndə görsətdim ona
Başqa şeirdə yazacaqdım ama vaz geçdim
Oxucunun göylünü almaq üçün açıb şeyimi görsətdim, dərdimi
Əmin
Əmin oyan
Film bitdi sevgilim
Baş rol cənazəsini alıb çıxdı

Tebriz, İRAN

Şirniyatlar qaldı masada,qırmızı
Və sevgi ehtişamlı yalnış kimi sərgiləndi cinayət yerində

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.