Çətindir / Sabina Xosiyeva

Ən dərin ağrılar düşür payına,
Kim ki dözümlüdür,kim ki mətindir.
Səni qınamıram ,vallah ,əzizim,
Fədakar qadını sevmək çətindir.
Çətindir sevəsən bir ömür boyu,
Eşqinə vəfalı adam olasan..
Hər kəsdən ,hamıdan qaçdığı anda,
Qaçıb sığındığı o dam olasan..
Çiyninə yük olar qısa saçları,
Durub yaslanacaq kürəyin olmaz!
Sevincin rahatca bölərsən amma,
Ağrısın çəkəcək ürəyin olmaz!
“Çətindir / Sabina Xosiyeva” için 1 yorum var:
Bir yanıt yazın Yanıtı iptal et
Bu Yazarın Diğer Yazıları (Toplam: 8 adet)
Gözün Üstə / Sabina Xosiyeva
17 Haziran 2026
Qum Qız / Sabina Xosiyeva
17 Mayıs 2026
Eradan Əvvəl / Sabina Xasiyeva
2 Ocak 2026
Öz Balan Kimi.. / Sabina Xosiyeva
11 Kasım 2025
Yaxşımı?.. / Sabina Xosiyeva
2 Eylül 2025
Küləklər Sovurub Ömrümü Göyə / Sabina Xosiyeva
12 Temmuz 2025
Səssiz Ölüm / Sabina Xosiyeva
25 Mayıs 2025
Kiməm ? Nəyinəm? / Səbinə Xosiyeva
18 Mayıs 2025


Şeirlərini sevə-sevə oxuduğum şairə🌿✨️