Gözün Üstə / Sabina Xosiyeva

Mənim üçün gözün üstə yer elə,
Qoy dincəlim, yurdum-yuvam, yorğunam.
Bilirsən ki, təbiətə, dənizə,
Bir də sənin gözlərinə vurğunam.
Bax, bu mənəm – əsrlərin yorğunu,
Gəlib düşdüm limanına, pənah ver.
Günəş gözlüm, aç gözünü, bax mənə,
Aşiqinə bir işıqlı sabah ver.
Yaz günüdür, yağış yağır aramla,
Necə deyim, hava laylay havası…
Bitmədimi, səsi hüzur sevgilim,
Qürurunun ürəyinlə davası?
Ulduzları qaçar göydən gecənin,
Sənsiz bütün küçələrdə qurd ular.
Gəlsən əgər, günə çıxar ürəyim,
Bütün qərib duyğulardan qurtular.
Mənim üçün gözün üstə yer elə,
Qoy dincəlim, yurdum-yuvam, yorğunam.
Bilirsən ki, təbiətə, dənizə,
Bir də sənin gözlərinə vurğunam.
“Gözün Üstə / Sabina Xosiyeva” eseri için 7 yorum:
Bir yanıt yazın Yanıtı iptal et
Bu Yazarın Diğer Yazıları (Toplam: 8 adet)
Qum Qız / Sabina Xosiyeva
17 Mayıs 2026
Eradan Əvvəl / Sabina Xasiyeva
2 Ocak 2026
Öz Balan Kimi.. / Sabina Xosiyeva
11 Kasım 2025
Yaxşımı?.. / Sabina Xosiyeva
2 Eylül 2025
Küləklər Sovurub Ömrümü Göyə / Sabina Xosiyeva
12 Temmuz 2025
Çətindir / Sabina Xosiyeva
7 Haziran 2025
Səssiz Ölüm / Sabina Xosiyeva
25 Mayıs 2025
Kiməm ? Nəyinəm? / Səbinə Xosiyeva
18 Mayıs 2025


Möhtəşəm👏🏻🌹
Çox təşəkkür edirəm. ❤️
SəbinəXosiyeva müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəstixətti olan şairədir. Şeirlərində olan yeni və petik fikirlər hər zaman digər qələm yoldaşlarından onu fərqləndirir. Uğurlar, Səbinə xanım!
Səbinə xanımın şeirləri hər zaman möhtəşəmdir. Uğrulür arzu edirəm
Səbinə Xosiyeva şeirləri möhtəşəmdir
Sabina xanım, mükəmməl şeir. Var olun
Qələminə ürəyinə sağlıq şairə xanım🤲🏻🩷