Qum Qız / Sabina Xosiyeva

Unutmuşam doğulduğum yeri də ,
Nə doğmam var nə də bircə əzizim.
Sıxır məni içimdəki qəriblik ,
Adi qumam sahilində dənizin.
Adi qumam sahilində dənizin,
Fırtınaya ,qasırğaya əsirəm.
Bir dalğalıq canım qalıb ,qorxudan,
Qum canımla elə tir-tir əsirəm.
Olarmı ki tez dadıma çatasan ?
Ovcunda gizlədəsən qum qızı .
Dibçəkdəki çiçəyinin dibinə ,
Torf edəsən bu ürəyi mum qızı .
Qoy evinin bir küncündə dayanım ,
Hərdən uçub pencəyində toz olum.
Ən sevdiyin köynəyinə yapışım ,
Yuyulmayan həmin qara iz olum…
İşə bax e darıxıram gör necə ,
Toz oluram, qum oluram səninçün .
Yer tapmıram bu dünyada özümə ,
Gəl ki durub dam oluram səninçün.
Qoyma məni qəriblikdən ölməyə ,
Bölək ömrü tən yarıdan ,əzizim .
Vətənim ol ,heç olmaya bilim ki,
Yarımışam sən sarıdan, əzizim..
“Qum Qız / Sabina Xosiyeva” için 1 yorum var:
Bir yanıt yazın Yanıtı iptal et
Bu Yazarın Diğer Yazıları (Toplam: 8 adet)
Gözün Üstə / Sabina Xosiyeva
17 Haziran 2026
Eradan Əvvəl / Sabina Xasiyeva
2 Ocak 2026
Öz Balan Kimi.. / Sabina Xosiyeva
11 Kasım 2025
Yaxşımı?.. / Sabina Xosiyeva
2 Eylül 2025
Küləklər Sovurub Ömrümü Göyə / Sabina Xosiyeva
12 Temmuz 2025
Çətindir / Sabina Xosiyeva
7 Haziran 2025
Səssiz Ölüm / Sabina Xosiyeva
25 Mayıs 2025
Kiməm ? Nəyinəm? / Səbinə Xosiyeva
18 Mayıs 2025


Sevirəm bu şeiri. Möhtəşəmdir