DergiZan

Yazı ve Sanat Ülkesi

Bağışla Meni / Sabina Xoşiyeva

Daha yorulmuşam, deyə bilmirəm –
“Keçəcək, səbr elə, bu da keçəcək. “
Don biçə bilməsəm bu ağrılara,
Ağrılar ömrümə bir “son” biçəcək.

Deyirəm, bu ömrü asım tavandan,
Bir addım ötədi “bərzəx yuxusu”.
Bütün ümidlərim torpaq olandan,
Burnuma xoş gəlir torpaq qoxusu.

İlahi ,halımı görmədinmi heç?
Hələ uşaqlığım ayaqyalındı…
Bu mənim sığalsız saçlarım, bu da
Qələm çəkmədiyin həmin alındı.

Hardasan, ilahi,axı hardasan?
O körpə balamın gözündəsənmi?
Məni ölümlərin əlindən alan,
-“Anacan” “anacan” -sözündəsənmi?

Əgər ordasansa bağışla, Allah
Balamın gözünə bağışla məni.
Asdım o tavandan uşaqlığımı,
Sən “ana”sözünə bağışla məni…

Yenə qayıdıram ən başa ,yenə
Bəlkə də gözlərim suda keçəcək.
O körpə gözlərə, xırda əllərə,
And olsun keçəcək, bu da keçəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir