DergiZan

Yazı ve Sanat Ülkesi

Eradan Əvvəl / Sabina Xasiyeva 


Səninlə nə vaxtsa ova çıxmışıq ,
Vurduğum ilk ovu sənə vermişəm.
Meşədən tapdığım giləmeyvəni,
Həvəslə atılıb sənə dərmişəm ..

Heç onda saat da hələ olmayıb ,
Günəşlə oyanıb, ayla yatmışıq.
Maral sümüklərin birgə toplayıb,
Toxa düzəltmişik, ox da atmışıq…

Hava soyuq idi ,dövr paleolit..
Ayı dərisinə bürüdüm səni .
İstədim geyminə bəzək də vurum,
Tutub mezolitə sürüdüm səni.

Gördüm baş qarışıb ox və kamana ,
Mənimsə gözlərim göz-qaşındadır.
Çıxıb mağaradan çadıra köçdük ,
Yerin çadırımın düz başındadır..

Beləcə əl-ələ bitdi mezolit ,…
Geyindim sən tikən dəri donumu.
Öz xaqanlığımdan vazkeçdim hətta ,
Gözləmədim neolitin sonunu …

Səni öz dünyama xaqan elədim ,
Homo Sapiensi tunca gətirdim.
İlk dəfə palçıqdan evimiz oldu,
Ocağı yandırıb, küncə gətirdim.

Deyirlər məhəbbət nə gəzir indi,
Hərə bir insanı sadəcə seçir.
O eradan əvvəl, bax bu da indi ,
Ondandır eşqimdən min illər keçir…

Həqiqətdən kənar mifləri boş ver ,
Onlara inansaq, mən də divmişəm.
Kim deyir məhəbbət nə gəzir indi?
Mən səni eradan əvvəl sevmişəm..

Eradan Əvvəl / Sabina Xasiyeva ” için 1 yorum var:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir