DergiZan

Yazı ve Sanat Ülkesi

Qərib / Leyla Mətin

Qərib, gözlərin də qəribdir sənin
Küsüb ağlamaqçün bir sözə bənddir
Könül yarasından uzağa köçdün
Qərib olmağın da bir ayrı dərddir.

Uzaqdır dərd bilən bacın qardaşın
Könlünü alacaq yoxdur sirdaşın
Qurumur gözündən həsrət göz yaşın
Dərddən solmağın da bir ayrı dərddir.

Yorulmuş yolçusan yaddı diyarın
İçdən parça-parça ayrılıb yarın
Saçına ələnir qar narın-narın
Yaşa dolmağın da bir ayrı dərddir.

Durna qatarından hay gözləyirsən
Gələnə gedənə salam deyirsən
Ayını birtəhər il eləyirsən
Gül tək solmağın da bir ayrı dərddir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir