Adı Ayrılıqdısa / Xəyalə Sevil Bəs, əgər bu gedişin Adı ayrılıqdısa? Böyütdüyüm duyğular Ürəyimi sıxdısa? Bəs, əgər ömrüm-günüm, Tanrı bizə baxdısa? Göyün günəş üzündən Əllərimi yıxdısa? Bəs sürdüyüm ömür-gün, Bir gün yoldan çıxdısa? Və bunların səninçün Bir önəmi yoxdusa… Bu yazıyı paylaş: