DergiZan

Yazı ve Sanat Ülkesi

Quru Vədlər / Nuranə Təbriz

Körpə yaşlarımdan qayğı içində
-görmüşəm hər cürə yox, böyümüşəm.
Halallıq və qürur bərkidib məni,
Səfalət içində tox böyümüşəm.

Üzü ağ bəndəyəm, alnım açıqdır,
çünki Allah durur başımın üstə.
Bəlkə də bir az da gec doğulmuşam,
Yaşım on-on gəlir yaşımın üstə.

Mən quru vədlərə inanmamışam
qaçmışam xeyrini güdən adamdan.
“Ağladan yanında otur” deyiblər,
qorxmuşam üzümə gülən adamdan.

Cahillər ruhumu şübhəyə salmaz,
çiçəkli bağçada sazaq gəzmərəm.
Min ağac uzağam nadan adamdan,
arif adamlardan uzaq gəzmərəm.

10 Avqust 2021

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları