DergiZan

Yazı ve Sanat Ülkesi

Öz Balan Kimi.. / Sabina Xosiyeva

Bir gün gedəcəyəm, səssiz-səmirsiz,
Mən daha sığmıram bu yer üzünə .
Şirin yalanlarla aldatma, dünya
Daha inanmıram bircə sözünə..

Mən necə küsməyim, necə ilahi,
Deşir ürəyimi söz qalaqları ,
Bir insan eşitmir məni susunca,
Şəkləyir üzümə it qulaqların ..

Yapış boğazımdan, as məni göyə,
Tökülsün burnumdan sözlər qan kimi.
Sonra yarpaq kimi düşüm sinənə,
İlahi, tumarla öz balan kimi …

Qoy hamı bu işdən xəbərsiz olsun,
Sonra ağlamasın kimsə dalımca .
Bükülüb qalaram ovcunda ,Allah
Milyonlar içində yalqız qalınca.

Və mən səndə bitim ən sonda ,Tanrım
Nə dünya anlasın, nə insan məni .
Qucaqla bu gecə incik ruhumu ,
Səhər qucağından atarsan məni..

Öz Balan Kimi.. / Sabina Xosiyeva” için 1 yorum var:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir