Ömrün Qış Çağı / Rohiy Merale

Bəyaz qar dənələri, unudulmuş sənlə neçə-neçə talehin buz tutmuş xatirəsi Gecikir, hələ gəlməyib, duyulmur sənlə gedən sevgimin ləpirləri Sən qışa sadiq, mən uzaq xatirəmə Hər mövsüm gözləyirik keçib getdiyi yerdə Hansı qış xatırlar tökdüyü qar dənəsin?!.. İnam bağışla mənə, yalana möhtac olan röyasız gecələrə.. . Bəyaz qar dənələri, Soyuq, buz qürurlu olsan da nədən, əriyib […]

Mən Bir Buz / Rohíy Méralé

Bir qış ortasında Buz idim donmuş qəlbin ağuşunda Bir əl uzanırdı uzaqdan, uşaqlıq çağının xəyallarından O isti ovuclara oxunmuş neçə dua, O kiçik ömürdə isinirdi bütün dünya.. Buz bağlayır indi ruhum qış çağında. “Sarıl o uşağa, o xəyallara, sarıl əllərində isinmədiyin anlarına” – deyir buz qəlbim, indi qoynumda. . Mən bir buz, soyuq qış ortasında […]

İllərim / Rohíy Méralé

Yenilənir illərim İl üstünə neçə-neçə yaşanmayan illər gəlir Geriyə dönməyə yolu olmayan, dünənimin ümidinə qaytar məni, arzuların başladığı günlərə, sevinclərin doğduğu yerə, qəmimi ovudan, dualar oxuyan kəslərə qaytar məni, illərim.. Bir nəfəs qədər azaldırsan ömürdən, bir nəzər qədər yaşatmırsan, illərim . Hər gəlişin kimsələrə bar ağacı, gedişində ümidləri asılmış bir dar ağacı olur yenə, illərim. […]