DergiZan

Yazı ve Sanat Ülkesi

Dur ayağa Azərbaycan-Turkiyə / Aynur Rasulova Masimova

Dur ayağa Azərbaycan-Turkiyə,
Ver əl-ələ,
Yüru zalımın üstunə,
Vermə aman düşməninə,
Çökdür diz üstündə yerə.
Unutma sən Xocalını unutma,
Unutma sən Qarabağı unutma,
Unutma sən el qızını unutma,
Əsir düşən qadınını,
Tapdalanmış namusunu unutma.

Tut əl-ələ Azərbaycan Türkiyə,
Ver baş -başa,
Kimin gücü yetər ki,
Can içi qardaşlara.
Unutma sən Əlifini,Müşfiqini unutma,
Unutma sən Ahmetini,Muhmetini unutma,
Unutma sən sənin üçün vuruşanı unutma,
Boynu bükük anaları,
Gözu yaşlı balaları unutma.

Can dediyim Azərbaycan-Türkiyə,
Yetməsin heç bir kəsin,
Yetməsin gücü sənə,
Girməsin aranıza ,
Bir aci kəlmə belə.
Unutma sən dahlarını unutma,
Rəngi solmuş bağlarını unutma,
Dağıdılmış məscidini,
Çanaqqala döyüşünu,
Ər oğlunu,Məhmətçiyi unutma.

Dədəm Qorqud əmanəti,
Azərbaycan-Türkiyə,
Bir ol ki sən,bir ol ki sən,
Keçmişini biləsən,
Nakam getmiş şəhidini,
Tarixə həkk edəsən,
Düşmənini bircə-bircə ,
Oz qanında göməsən,
Sənə haqqsiz deyənlərə,
Sən haqqıni verəsən.

Qalx ayağa Azərbaycan-Türkiyə,
Cəngavər tək qan uddurub düşmənə,
Əz başını,zalima aman vermə,
Düşməninə heç bir zaman rəhm etmə.
Unutma sən əsir qızi unutma,
Yaşadığı işgəncəni unutma,
Alcaldılmış qürurunu unutma,
Qövr eləyən nisgilini,
Qan ağlayan torpağını unutma

Dur ayağa Azərbaycan-Turkiyə,
Dirən,vuruş,baş əymədən kimsəyə.
Al öcünü ,de sözünü düşmənə,
Qoy butun aləm qorxsun,
Baxıb Türkün gücünə,
Son sözü sən deyəndə,
Söz tapmasın sözünə,
Sənin adın gələndə,
Qorxu düşsün ürəyə!
Özbək,turkmən dostlaşıb,
Qırğız -Tatar bir olsun,
Böyuk Turan deyəndə ,
Axan sular durulsun.

 

Bu yazıyı paylaş:

One thought on “Dur ayağa Azərbaycan-Turkiyə / Aynur Rasulova Masimova

  1. Aynur xanım bu yeni şerinizə görə Sizə minnətdarlığımı bildirirəm.Zamanın nəbzi döyünür misralarınlzda.Çox xoşuma gəldi.Yerində və vaxtında deyilmiş sözün qiyməti yoxdur.İnşaAllah torpaqlarımız alınar,biz də bu nisgildən birdəfəlik qurtararıq.O günlər olsun.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları