Qadını Olasan / Gulsade İbrahimli
Sevirəm kimsəsiz küçələri.
Yürüyəsən yol boyu,
uşaqtək tullanıb gölməçələrdə,
yaxasın isladasan yolların.
Ən sevməli qadını olasan
qışların,
baharların.
Doldurub ciblərinə qırıq ümidlərini,
günün stressini,
işin yorğunluğunu,
yeriyəsən yol boyu…
Addım səslərinə diksinə dalğınlığın,
tuta qolundan
“Gəlməyəcəyin bildiyin”
sıxıb belindən basa ürəyinə kimsəsizliyini…
Baxa gözlərinə qeybə çəkilmək istərcəsinə…
Qəhqəhə çəkəsən bütün ağrıların xatirinə,
diksinə yol qırağındakı körpə gülüş səsinə,
baş çatlada anasının “dəlidir” kəlməsinə.
Eeee,nə oturmusan yerində?
Çıx gecə gəzintisinə.
Bəlkə,hansısa yolda
qovuşdu həsrətimiz.
Bu Yazarın Diğer Yazıları (Toplam: 12 adet)
Ayrılıq / Gülsadə İbrahimli
4 Ağustos 2024
Cənnət Qoxan Bayrağım / Gülsade İbrahimli
5 Şubat 2024
Ata/ Gülsade İbrahimli
10 Aralık 2023
Atasız Qalmaq / Gülsade İbrahimli
31 Ocak 2023
Özündən Böyük Yalanların / Gülsade İbrahimli
31 Ekim 2022
Bir Zamanlar / Gulsade İbrahimli
12 Temmuz 2022
Darıxmaq / Gülsade İbrahimli
28 Ocak 2022
Ən Səssiz Mərmi / Gülsade İbrahimli
2 Haziran 2021
Bir Qadın Var / Gülsade İbrahimli
17 Haziran 2020
Kim Ölüb Gedənlər Üçün? / Gulsade İbrahimli
14 Mayıs 2020
Bakim / Gulsade İbrahimli
21 Şubat 2020
Hedonist / Gulsade İbrahimli
21 Ocak 2020