DergiZan

Yazı ve Sanat Ülkesi

Darıxmaq / Gülsade İbrahimli

Herden darıxmağa vaxt tapmır Adam,
Herden unudursan yer üzündesen.
Bu sabah aynada özüme baxdım,
Gözüme,
Rengime,
Üzüme baxdım…
Güzgüde toxundum dodaqlarıma,
Yükledim boynumdan axan saçımı
Özüme qapalı qulaqlarıma.
Çoxdandır özümle qalmıram bele,
Ne qeder böyüyüb o balaca qız,
Daha baxışları öteri deyil,
Saçları uzanıb beline çatır.
ana dizlerine sığınan qızın,
Bu gün baxışından analıq baxır.
Deyişib bedeni,
Deyişib ruhu,
Daha da sert baxır güzgüden bu gün,
Ne Zaman böyüdüm,ne Zaman bele?
Ne çox şey yaşanmış,
Neler yaşanacaq bilmirem hele.
Bu sabah güzgüde özüme baxdım,
Rengime,
Gözüme,
Üzüme baxdım…
Ne zaman baxmışdım bele bilmirem…
Indi xatırladım…hele uşaqdım..

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 7 eseri bulunmaktadır.