Bir Qadın Var / Gülsade İbrahimli
Darıxmışam,
hər səhər pəncərəmdən bir ümid asıram
sərçələr dənləsin.
günəşi vurmuşam şəfəqlərin yaxasına…
əllərim bahar qoxur,
həsrətim sən.
Südlü kofe dadındadır səsinlə açdığım sabahlar.
sən, sən gözəl adam,
yaraşıqlı kişi,
neçə qadının həsrət yeridir gözlərin.
əllərin həkim qədər şəfqətli,
saçlarında dəliqanlılığın şıltaq izləri.
bir qadın var gözləri yolunda qarabalıq.
bir qadın var,
baxışlarını yuyur pəncərədən yağışlar.
bir qadın var,
sən istəsən sənə xətir
bu dünyanı bağışlar.
Bu Yazarın Diğer Yazıları (Toplam: 13 adet)
Qadından Şeirə Erotika / Gülsadə İbrahimli
15 Ekim 2025
Ayrılıq / Gülsadə İbrahimli
4 Ağustos 2024
Cənnət Qoxan Bayrağım / Gülsade İbrahimli
5 Şubat 2024
Ata/ Gülsade İbrahimli
10 Aralık 2023
Atasız Qalmaq / Gülsade İbrahimli
31 Ocak 2023
Özündən Böyük Yalanların / Gülsade İbrahimli
31 Ekim 2022
Bir Zamanlar / Gulsade İbrahimli
12 Temmuz 2022
Darıxmaq / Gülsade İbrahimli
28 Ocak 2022
Ən Səssiz Mərmi / Gülsade İbrahimli
2 Haziran 2021
Qadını Olasan / Gulsade İbrahimli
8 Eylül 2020
Kim Ölüb Gedənlər Üçün? / Gulsade İbrahimli
14 Mayıs 2020
Bakim / Gulsade İbrahimli
21 Şubat 2020
Hedonist / Gulsade İbrahimli
21 Ocak 2020

