Atasız Qalmaq / Gülsade İbrahimli

Uca dağlarımın başın çən alıb,
İçimdə bir nisgil çoxdan qocalıb.
Ay atam,övladın atasız qalıb,
Nə ağır dərd imiş atasız qalmaq.
Gülməz taleyimin sən olan üzü,
Tutulub səmanın ,göylərin üzü.
Qan ağlar balanın qan ağlar gözü
Nə ağir dərd imiş atasız qalmaq.
Mən kimə sığınım de səndən sonra,
Nə dosta ,nə yada,nə də ki yara.
Köksümdə yoxluğun açdıqca yara
Nə ağır dərd imiş atasız qalmaq.
Mən hələ uşaqdım qayğına möhtac,
Sənin varlığına,sevginə möhtac,
Ay Allah, dərdimə sən elə əlac,
Nə ağır dərd imiş atasız qalmaq.
Köksümdə sıxılır aldığım nəfəs,
Həyata,dünyaya qalmayıb həvəs.
Sənsiz ev-eşik də buz kimi qəfəs,
Nə ağır dərd imiş atasız qalmaq.
İlahi,atamı məndən alansan,
Təkləyib həyatda yetim qoyansan
Yanmazdım bu qədər oda qalansam,
Nə ağır dərd imiş atasız qalmaq.


Bu Yazarın Diğer Yazıları (Toplam: 12 adet)
Ayrılıq / Gülsadə İbrahimli
4 Ağustos 2024
Cənnət Qoxan Bayrağım / Gülsade İbrahimli
5 Şubat 2024
Ata/ Gülsade İbrahimli
10 Aralık 2023
Özündən Böyük Yalanların / Gülsade İbrahimli
31 Ekim 2022
Bir Zamanlar / Gulsade İbrahimli
12 Temmuz 2022
Darıxmaq / Gülsade İbrahimli
28 Ocak 2022
Ən Səssiz Mərmi / Gülsade İbrahimli
2 Haziran 2021
Qadını Olasan / Gulsade İbrahimli
8 Eylül 2020
Bir Qadın Var / Gülsade İbrahimli
17 Haziran 2020
Kim Ölüb Gedənlər Üçün? / Gulsade İbrahimli
14 Mayıs 2020
Bakim / Gulsade İbrahimli
21 Şubat 2020
Hedonist / Gulsade İbrahimli
21 Ocak 2020