DergiZan

Yazı ve Sanat Ülkesi

Üç Şiir / Xəyalə Sevil

I. Şiir

Bu gün səni düşündüm,
Üzümə güldü güzgülər.
Hamı yadımdan çıxdı,
Məndən keçənlər – özgələr.

Bu gün səni düşündüm
Yaz günü ilk nübar kimi.
Göy üzündən topladığım
Dualarıma bar kimi.

Bu gün səni düşündüm –
Ürəyim deyir: oldu.
Bir sən, bir mən, hesabla,
Gör neçə şeir oldu.

…Bu boyda xoşbəxtliyə
Borcum nədir, İlahi?
Ruhum dönüb xəyallara,
Uçub gedir, İlahi…

II. Şiir

Anlayabilirdik bir-birimizi,
Küssək də,
Sussaq da duya bilirdik.
Yıxıb tökdüyümüz,
Dağıtdığımız
Hər şeyi yerinə qoya bilirdik.

Bəs niyə olmadı?
Nəydi olmayan?
Daş dediyin ürəyim də
Gördünmü qırıldı axır?

Həvəsim qalmayıb
Qol qaldırmağa,
Yoruldum axır.

Pəncərəmdə hirsli külək,
Ürəyim qorxudan əsir.
Bəs bir də olmasa…

Dilim qurusun,
Günün
İt ulayan qaranlığında
Ağlımda bu fikir
Neynir, nə gəzir?

III. Şiir

Boğulmuşam, İlahi,
Çıxıram su üzünə.
O üzündən gəlmişəm
Dünyanın bu üzünə.

Susduğum ayrılığın
Səsini duyursan mı?
Apardığın nəyim var,
Yerinə qoyursan mı?

Ürək küncə çəkilib,
Onu deyir, ağlayır.
Hər gecə barmaqlarım
Şeir-şeir ağlayır.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları