DergiZan

Yazı ve Sanat Ülkesi

Küləklər Sovurub Ömrümü Göyə / Sabina Xosiyeva

Küləklər sovurub ömrümü göyə,
Bu illər ömrümdən nələr almayıb.
Bu həyat, bu oba, bu el də ögey,
Heç biri mənimçün doğma olmayıb.

Gördüyüm hər baxış, yad baxış olub,
Görəsən mənimtək kimsə doğulub?
Öz yerindən, öz yurdundan eləcə,
Qərib düşən bir adamtək boğulub?

İndi bilirəm ki, ögey olmusan,
“Eşq” səninçün sadəcə bir ad olub.
Sənə vətən deyib qaçmışam amma,
Sənin qoynun bu qəribə yad olub.

İndi daha nə var,nə yox görmüşəm,
Gəlib mənə kitab-kitab söz demə.
Mən elə dünyaya qərib gəlmişəm,
Sənin varlığın da qəribmiş demə.

Küləklər Sovurub Ömrümü Göyə / Sabina Xosiyeva” için 1 yorum var:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir