DergiZan

Yazı ve Sanat Ülkesi

Bugün Biz Laçinsiz Laçinlarıq / Osman Fermanoğlu

Laçin / Azerbaycan

Nə gedən, nə qalan yerimiz qalıb,
Köçünü itirmiş qurd tək ularıq…
Hərə öz könlündə bir Laçın salıb,
Bu gün biz Laçınsız Laçınlılarıq.

Dalınca baxırıq hellənən daşın,
Şəklinə baxırıq dolaylarının.
Hamının çörəyə qarışıb başı,–
Güdürük xanların saraylarını.

Dağların üstündə duman çəhlimi,
Çəndə azıb qalır yol gələn işıq.
Boylanır, gözləri yoldan çəkilmir,
Bir qərib Laçın var, bir Sarı Aşıq.

Şəhər “əzizləyir” nəvələrini,–
Goru sızıldayır baba dağların.
Küləklər darayır “nəğmələrini”,
Könlü çətin gülə gözü ağların.

Hələ soyumamış Şuşa ağrısı,
Çəkildi sinəyə Laçın dağları…
Çapıldı Vətəndən yurdun yarısı,
İndi Laçın gəzən Laçınlılarıq…

17 May 2020

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 41 eseri bulunmaktadır.

Yazarın diğer yazıları