Ümid / Leyla Metin

Hər gecə arzular tut
Səhər olana kimi
Xəyallarla yaşa,yat
Ömür dolana kimi.
Nə qədər olar axı
Ümidlərdən əl üzmək
İrəliyə bir addım
Üzü arxaya getmək?!
Bu viranə qalmışın
Ən səbirlisi idim
Səbir kasam dolandan
Mənlə dolanmır itim.
Hərdən günəşdən ,aydan
Dənizdən də küsürəm.
Qucaq- qucaq arzumu
Küt bıçaqla kəsirəm.
Çətin deyildi axı
Alnıma yazı yazmaq
Şükür etməyim üçün
Məni göylərdən asmaq.
Şükür yenə min şükür
Nəfəsim gedib gəlir
Ayağım ,əlim gözüm
Hələki üstümdədir.
Başımın üstündə də
Bir balaca damım var.
İnsan tək yaşamadım
Ölməyə ümidim var.
Bu Yazarın Diğer Yazıları (Toplam: 20 adet)
Unutdun / Leyla Metin
28 Mart 2025
Rüzgar / Leyla Mətin Sefereliyeva
26 Kasım 2023
Zaman / Leyla Metin
26 Nisan 2023
Xocali Qatliamı (Şiirler) / Leyla Metin
26 Şubat 2023
Dilək / Leyla Mətin
30 Mayıs 2022
Xocalı Soyqırımı / Leyla Mətin
23 Şubat 2022
Gənc Vətənpərvər Yazar – Leyla Mətin Haqqında
3 Şubat 2022
Sevgi Kitabım / Leyla Metin
18 Temmuz 2021
Olmasın / Leyla Metin
20 Şubat 2021
Sevməz Olaydım / Leyla Mətin
9 Ocak 2021
Sevgi Adlı Gerçək / Leyla Metin
7 Eylül 2020
Əsgər / Leyla Mətin
26 Temmuz 2020
Əzizim / Leyla Mətin
10 Temmuz 2020
Ayrıldı Yollarımız / Leyla Metin
13 Haziran 2020
Sevgi Gözlüm / Leyla Metin
9 Mayıs 2020
Qadın / Leyla Metin
22 Mart 2020
Xəbərin Yox / Leyla Metin
10 Aralık 2019
Dənizin Səsi / Leyla Mətin
22 Eylül 2019
Ömrün Payızı / Leyla Mətin
13 Eylül 2019
Ömründən Bir Günü Mənimçün Ayır / Leyla Metin
22 Mayıs 2019