Yoxluğunla Savaşmaq / Sevil Gül Nur

Ayrılıq içir qanımı,
Ruhumun gücü azalır.
Həsrətin dar ağacından
Hər gün bir ümid asılır.
Ürəyim də üz çevirib,
Bir dəfə üzümə baxmır.
İnadım dözüb dayanır,
Hisslərim sözümə baxmır.
Savaşdayam yoxluğunla,
Dadıma şeirlər çatır.
Qətl edirəm hisslərimi,
Əllərim qanıma batır.
Qürurum sıldırım qaya,
Qarşında əyə bilmirəm.
Gedəndə yolu kəsmədim,
İndi “dön” deyə bilmirəm.
Harayım sənə çatsaydı,
Bəlkə də çox söz deyərdim.
Dönəcəyini bilsəydim,
Milyon il də gözləyərdim.
Sən atlı, mənsə piyada,
Ha qaçdım, çata bilmədim.
Söz vermişdim unutmağa,
Sözümü tuta bilmədim…
05/06/2025
Bu Yazarın Diğer Yazıları (Toplam: 12 adet)
Şiirler / Sevil Gül Nur
29 Mayıs 2025
İki Şiir / Sevil Gül Nur
27 Ekim 2024
Ayrılıq Günəşi / Sevil Gül Nur
27 Haziran 2024
Dört Şiir/ Sevil Gül Nur
9 Mayıs 2024
Qış Şiirleri / Sevil Gül Nur
26 Ocak 2024
Şiir Demeti / Sevil Gül Nur
17 Kasım 2023
Üç Şiir / Sevil Gül Nur
28 Haziran 2023
On Şiir / Sevil Gül Nur
16 Nisan 2023
Bir Avuç Ümid / Sevil Gül Nur
3 Kasım 2022
İki Şiir / Sevil Gül Nur
3 Eylül 2021
İki Şiir / Sevil Gül Nur
2 Nisan 2021
Şiirler / Sevil Gül Nur
12 Mart 2021