Xocalıdakı Körpə / Nargis İsmailiyova

Qarın  soyuqluğunda əridikcə qırmızı hərarət. Sakitləşirdi körpənin balaca ürəyi…

Donan kiçicik barmaqlarını son dəfə apardı isti nəfəsinə doğru.

Lay lay deyirdi ona buludlarda əyləşən mələklər. Gözlərini iricə açıb mələklərəmi baxırdı Xocalıdaki körpə?

Dodağının kənarında donan gülüşlərdən danışın mənə…

Görəsən son dəfə onu belə gülümsədən nə idi? Nəyə, kimə gülürdü körpə?

Anasınımı xatırlamışdı?

Bəlkə də, onu yanına aparmaq üçün elə Tanrı özü gəlmişdi…

 

 

 

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir