Əsgər / Nuranə Təbriz
Nərəsi od püsgürən,
igid əsgər, nər əsgər.
Çəkilməz mövqeyindən,
Bu ər oğlu ər əsgər!
Oğuz xandı, Qazandı,
Düşmənə gor qazandı,
Yeni tarix yazandı,
Özü bir əsər əsgər!
Almadan heç kamını,
halal eylər qanını.
Yurda şirin canını,
eyləyər sipər əsgər!
Gecə-gündüz oyaqdı,
İgid Gurşadsayaqdı,
Ana yurda dayaqdı,
Çalacaq zəfər əsgər.
Arzum göyərçin olar,
Hər bir duam çin olar.
Teymur, Timurçin olar,
Türk doğulan hər əsgər.
02 noyabr 2020
02:16