Dənizin Səsi / Leyla Mətin
Dəniz kənarında tənha bir insan
Dərdini susmaqla gətirir dilə
Qəlbində qəm coşur ,qopur fırtına
Süzülür gözündən yaş gilə-gilə.
Ömrünü bir anda əks edir dəniz
İzləyir dalğanı ,ləpəni səssiz
Qəflətən danışır qəribə bir hiss
Qonur yanağına təbəssüm ilə.
Ömrünü xəyalən yaşar yenidən
Kədəri,sevinci coşar yenidən
Tək dəniz su ilə daşar yenidən
Həyatsa ömürdən ötər bax belə