DergiZan

Yazı ve Sanat Ülkesi

Zaman / Leyla Metin


Ümidlərdən arzulardan
Əl çək deyir yavaş-yavaş.
Gəlib çatıb sona karvan
Budur mənzil düş, a qardaş.

Neçə arzu diləyini
Bük qəlbinə götür apar.
Zaman yetib yelkənini
Bu dünyadan çəkib qopar.

Kaşkiləri ağır -ağır
Daşı indi özün ilə
Ölçüləcək hesabların
Fələklərin gözü ilə.

Əməlinlə qazandığın
Öz yükünü çiynində sən
Alıb burdan birdəfəlik
Qəbr evinə göçəcəksən.

Tərəziyə qoyulacaq
Hesabların kitabların.
Günahınmı çox olacaq,
Kara gələn savabların?

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 20 eseri bulunmaktadır.