DergiZan

Yazı ve Sanat Ülkesi

Dua / Leyla Metin

Zamanın o keçmiş günləri ki var,
Gah bir təbəssümdür, gah da göz yaşı.
Ata nəvazişi, ana duası…
Ömrümü izləyir hər addım başı.
Hərdən xatırlaram həmin günləri,
Gözümə xəfifcə gülüş də qonar.
Sonra həsrət sıxar sinəmi qəfil,
Sakitcə yanaqdan yağışlar damlar.
Arada anaram qəmsiz qayğısız
Dinc uşaqlığımın şirin anını.
Axtarsam tapmaram yüz yaşımda da,
O isti ocağın bir nişanını.
Atalı günlərim düşər yadıma
Keçmişdən bir soraq gətirər külək.
Bir belə səs küyün lap arasında
Hıçqırar bir körpə atasız mələk

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir