DergiZan

Yazı ve Sanat Ülkesi

Sən Olmasan / Leyla Metin

Bəlkə buludlar göyə
vurulubdu, bilmirəm?
Qağayılar dənizdə
doğulubdu, bilmirəm?
Kimsə sevib, sevgidən
yorulubdu, bilmirəm?

Mən də sənə vurğunam,
yollarında, sevdiyim,
əsən yeləm, çovğunam.

Yorulmamışam ki mən,
necə deyim, yorğunam?

Sevdiyim, mənim üçün
həm ürəksən həm cansan.
Gülüşüsən üzümün,
sən olmasan, mən olmam!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir