Yuxuma Gəl / Fərqanə Yusifqızı

Yuxuma girsin yağış,
Yağsın hey dayanmadan.
Sonra sən…
Gəl qovuşaq,
Yuxudan oyanmadan..
Bizə yaxın gəlməsin,
Nə ayrılıq,nə həsrət,
Yuxuma gəlməsin qoy,
Köksümü cızan möhnət.
Yuxuma gəl…
Qovuşaq..
Dəysin mənə əllərin..
Yağan yağışın altda,
Xəyal quraq,
nələrin…
Toxunsun dodaqların,
Öncə islaq telimə,
Sonra nəfəslərimiz,
Qarışsın bir-birinə…

***
Yuxuma gəlsin yağış,
Dönüm dumana,çənə.
Sonra səni gətirsin,
Səni gətirsin mənə..

 

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir