DergiZan

Yazı ve Sanat Ülkesi

Kamilliyin Sırrı / Bənövşə Mahmudqızı

Nəyə gərək siqaret?
Dərdlərini siqar et.
İçim duman – duman,
İçim içimdə boğulur.
Yeni bir mən yoğrulur,
Dərdlərimlə qovrulur.
Söndürür həyat eşqimi,
Bağışlamır həyat heç kimi.
Yanacağım var, yanıram.
Qanacağım var, qanıram.
Var, hələ çox var…
İçimdə var dört fəsil,
Yaz, yay, payız, qış.
Çiçəklər açır,
Yarpaqtək solur,
Günəştək qovrulur,
Buz kimi olub, donuram.
Özüm özümü yonuram.
Çətindir kamil olmaq.
Kamilliyin sirri
Bu sözlərdə gizli;
Çiydim, bişdim, yandım.
Və mən bunu qandım.

Kamilliyin Sırrı / Bənövşə Mahmudqızı” için 1 yorum var:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir