DergiZan

Yazı ve Sanat Ülkesi

Gözün Üstə / Sabina Xosiyeva

​Mənim üçün gözün üstə yer elə,
Qoy dincəlim, yurdum-yuvam, yorğunam.
Bilirsən ki, təbiətə, dənizə,
Bir də sənin gözlərinə vurğunam.

​Bax, bu mənəm – əsrlərin yorğunu,
Gəlib düşdüm limanına, pənah ver.
Günəş gözlüm, aç gözünü, bax mənə,
Aşiqinə bir işıqlı sabah ver.

​Yaz günüdür, yağış yağır aramla,
Necə deyim, hava laylay havası…
Bitmədimi, səsi hüzur sevgilim,
Qürurunun ürəyinlə davası?

​Ulduzları qaçar göydən gecənin,
Sənsiz bütün küçələrdə qurd ular.
Gəlsən əgər, günə çıxar ürəyim,
Bütün qərib duyğulardan qurtular.

​Mənim üçün gözün üstə yer elə,
Qoy dincəlim, yurdum-yuvam, yorğunam.
Bilirsən ki, təbiətə, dənizə,
Bir də sənin gözlərinə vurğunam.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir