Ömrün Payızı / Leyla Mətin

Mən illərin yorğunu
Ümidi qırıq biri
Ayı itmiş gecədə
Sehiri qaçmış pəri

Mən həmən o qadınam
Ürəyi buz bağlayan
Gündüz hər kəslə gülən
Gecələr tək ağlayan

Xəyalların ardıyca
Hey uzanır əllərim
Yetişmir ki yetişmir
Çiçək açmır güllərim.

Səmanın rəngi tutqun
Üzü bəyazlanıbdı
Yanağı da şeh çəkib
Lap mənə oxşayıbdı.

Rəngi solub saralıb
Bozarıbdı təbiət
Bircə yarpaq əsməyir.
Tükənibmi məhəbbət.

Canımdan can ayrılır
Bumu ömrün payızı?
Bəxtim gülmədi nədən
Açılmadı heç yazı

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir