DergiZan

Yazı ve Sanat Ülkesi

Rüzgar / Leyla Mətin Sefereliyeva


Uzaqlar ömrümdən səni ayırıb
Yarpaqtək zamansız tez saralmışam
Bir ilin həsrəti min ilə taydı
Yenə xəyallarda itib, qalmışam.

Hansı rüzgar əsir sən olan yerdən?
Ətrini rüzgarla göndər, qoxuyum.
Sevgi laylasını gecə sübhədək
Dilimdə zümzümə edib oxuyum.

Bir az xatirənlə qarışsın başım
Həsrətli günlərin azalsın sayı.
Ömrümüz bir açsın baharlarını
Ayrılıq olmasın bundan savayı.

Rüzgar / Leyla Mətin Sefereliyeva” için 1 yorum var:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir